“Polimer Sənaye Parkı” MMC-nin dövlətə borcu yaranıb - Böyük məbləğ

11:30 - 30.03.2021


30 mart, Fineko/abc.az. “Polimer Sənaye Parkı” MMC-nin dövlət büdcəsinə böyük məbləğdə borcu yaranıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkətin 2 milyon 644 min 380 manat vergi borcu var.

Xidmət vergi borclarının nə üçün yarandığını qeyd etmir. 20 manat nizamnamə kapitalı olan, hüquqi ünvanı Siyəzən rayonunda yerləşən MMC-nin direktoru Rahim Maqsudəli oğlu Maqsudovdur.