14:55 - 29.03.2021
29 mart, Fineko/abc.az. Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, Dövlət Proqramına əsasən Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, həmçinin qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulur.
Sözügedən işləri Naxçıvan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi icra edəcək.