Balaxanıda artıq 22 rezident var - Nazir

10:45 - 29.03.2021


29 mart, Fineko/abc.az. "10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının artıq 22 rezidenti var, onlardan 16-sı fəaliyyət göstərir".

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında qeyd edib.

"Yaşıl iqtisadiyyat” prinsipləri ilə fəaliyyət göstərən parkda təkrar emal və 0 tullantı prinsipi ilə işləyən müəssisələrə üstünlük verilir", - deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad