Türkiyə iqtisadiyyatı böyüyəcək - Proqnoz

11:08 - 19.03.2021


19 mart, Fineko/abc.az. Fitch reytinq agentliyi Türkiyə iqtisadiyyatı ilə bağlı proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, agentlik Türkiyə iqtisadiyyatı üçün iqtisadi artım proqnozunu artırıb.

Qurumun yayımladığı yeni hesabatda Türkiyədə 2021-ci il üçün artım gözləntisi 3,5%-dən 6,7%-ə, 2022-ci il üçün isə 4,5%-dən 4,7%-ə qədər artırılıb.

Bununla yanaşı Fitch bu il Türkiyədəki inflyasiya ilə bağlı da proqnpz verib.

Agentlik 2021-ci ilin sonuna Türkiyədə inflyasiyanın 10,5% deyil, 11,5% olacağını gözlədiyini açıqlayıb.

Müəllif: Elmir Murad