17:32 - 18.03.2021
18 mart, Fineko/abc.az. Azərbaycan 2021-ci ilin yanvar ayında dünya bazarlarına 163,68 kq qızıl ixrac edib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $9 milyon 698,75 min təşkil edib.
İxracın bütün həcmi İsveçrənin payına düşüb.
Cari ilin yanvar ayında Azərbaycanda 270,9 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 33,1% azdır.
2020-ci ildə Azərbaycan $205 milyon 577,52 min dəyərində 4 min 435,97 kq qızıl ixrac edib.