14:52 - 16.03.2021
16 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycan əhalisinin nominal gəlirləri məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə əhalinin nominal gəlirləri 7 milyard 979,9 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 4,2% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,7% azalaraq 797,8 manata çatıb.
Müəllif: Elmir Murad
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026