17:11 - 15.03.2021
15 mart, Fineko/abc.az. "S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2022-ci ildə MDB ölkələri arasında ÜDM-in ən yüksək artım tempi Azərbaycanda qeyd alınacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 2,1%, 2022-ci ildə isə 5,7% artacaq.
Digər ölkələrə gəldikdə, 2022-ci ildə Tacikistanda iqtisadiyyatın 5,1%, Özbəkistanda – 5,5%, Gürcüstanda – 4,5%, Ukraynada – 3%, Qazaxıstanda – 3,6%, Ermənistanda – 4,5%, Rusiyada – 2,7%, Belarusda isə 2% böyüyəcəyi proqnozlaşdırılır.
21 Avqust 2026
21 Avqust 2026