16:30 - 12.03.2021
12 mart, Fineko/abc.az. Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Səhiyyə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.
Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026