Azərbaycan iqtisadiyyatı kiçilib - 3 faizdən çox

12:35 - 11.03.2021


11 mart, Fineko/abc.az. 2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12 milyard 19,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azdır.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb.

Müəllif: Elmir Murad