Daha bir sənaye məhəlləsi yaradılacaq - 550-dən çox iş yeri açılacaq

15:41 - 10.03.2021


10 mart, Fineko/abc.az. Müvafiq investisiya layihələri və digər aidiyyəti təsdiqedici sənədlər təqdim olunduqdan sonra Ucar rayonunda sənaye məhəlləsinin yaradılması məsələsi nəzərdən keçirilə bilər.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Eyni zamanda, Ucar rayonunda qida məhsullarının istehsalı iqtisadi fəaliyyət sahəsinin dəstəklənməsi məqsədilə “Toyuq ətinin emalı və kəsimi” layihəsi üzrə bir sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib. Layihə çərçivəsində 550-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.