12:31 - 10.03.2021
10 mart, Fineko/abc.az. Süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizi müntəzəm marşrut xətlərinə aid deyil.
ABC.AZ Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizinin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb.
Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub.
Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026