Metal məmulatlarının istehsalı ilə məşğul olan şirkət yenidən təşkil olunur

11:03 - 4.03.2021


4 mart, Fineko/abc.az. “Unimetal” MMC "Prometal" MMC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil olunduğunu elan edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, “Vergilər” qəzeti məlumat yayıb.

Xatırladaq ki, “Unimetal” 2002-ci ildə yaradılıb, regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.