15:39 - 12.02.2021
12 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı mühüm məsələlərdən birinin maliyyə sektorunun iqtisadi artıma və şaxələndirməyə dəstəyinin gücləndirilməsi olduğunu bildirib.
ABC.AZ-ın məlumatına görə, nazir real sektorun maliyyələşdirilməsində bankların payının artırılmasının prioritet olduğunu qeyd edib:
“Təəssüflər olsun ki, keçən il də əlverişsiz iqtisadi dinamikaya görə sahibkarların bank kreditlərinə əlçatatnlığının təmin edilməsində istədiyimiz irəliləyişi görə bilməmişik. Banklar tərəfindən biznesə verilən kreditlər azalıb”.