Naxçıvanda ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur - Hesabat

11:40 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 175 milyon 822 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ötən ilin eyni ayına nisbətən 0,3% artım deməkdir.

Yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,2% artaraq 380,9 manat təşkil edib. Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin ilk ayında sənaye üzrə 95 608,5 min manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin eyni göstəricisini 0,9% üstələyir. Müəllif: Elmir Murad