10:51 - 11.02.2021
11 fevral, Fineko/abc.az. İlon Maskın qardaşı Kimbal Mask, 25,6 milyon dollar dəyərində 30 min "Tesla" səhmini satdıqdan sonra şirkətin səhmləri 5%-dən çox ucuzlaşıb.
ABC.AZ-ın məlumatına görə, Kimbal Mask 9 Fevralda 852,12 dollardan 30 min səhmini satıb.
"Tesla"nın səhmləri satışdan sonra 5,3% düşərək 804,82 dollardan bağlanıb. Əməliyyatdan sonra Kimbal Maskın sahib olduğu səhmlərin sayı 599 min 740-a geriləyib, səhmlərin cəmi dəyəri isə 483 milyon dollar ətrafındadır.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026