“AzerGold” QSC Neft Fonduna 17,9 min unsiya saf qızıl satıb – Ötən il

14:08 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Ötən il “AzerGold” QSC tərəfindən hasil olunan qızılın Azərbaycan Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib.

“AzerGold” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, 2020-ci ildə Fonda 17,9 min unsiya saf qızılın satışı həyata keçirilib.

Bu da Cəmiyyət tərəfindən ötən il həyata keçirilən qızıl satışının ümumi həcminin 30 %-i təşkil edir.