11:59 - 8.02.2021
8 fevral, Fineko/abc.az. "S&P Global Ratings" reytinq agentliyi Azərbaycanla bağlı daha bir proqnozunu açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, nüfuzlu agentlik bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 2,1% səviyyəsində olacağını proqnozlaşdırıb.
Reytinq agentliyinə görə, gələn il kəsir ÜDM-in 0,7%-ni təşkil edəcək.
Agentliyin uzunmüddətli proqnozuna əsasən isə ölkənin icmal büdcəsi 2022-ci ildə profisitə qayıdacaq və ÜDM-in 1%-ni təşkil edəcək.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026