11:26 - 2.02.2021
2 fevral, Fineko/abc.az. "AzerGold" QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində ötən il ölkə iqtisadiyyatına ümumilikdə 186,5 mln. manat vəsait cəlb edilib.
ABC.AZ xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 41,5 mln. manat və ya 29% çoxdur.
Onun sözlərinə görə, ötən il QSC 59,4 min unsiya qızıl və 119,4 min unsiya satışını təşkil edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026