Mərkəzi Bank hazırda 3 binada fəaliyyət göstərir – Elman Rüstəmov

16:13 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Hazırda maliyyə bazarlarına tam nəzarət Mərkəzi Banka keçib, işçilərin sayı artıb.

ABC.AZ-ın məlumatına görə, bunu ölkənin əsas Bankiri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Mərkəzi Bank hazırda 3 binada fəaliyyət göstərir:

"Hazırda Mərkəzi Bankın xəzinəsinin bir hissəsi Mərkəzi Bankın əsas binasından kənardadır. Bu baxımdan Mərkəzi Bankın müasir və təhlükəsizlik tələblərinə cavab verən yeni inzibati binaya ehtiyacı var. Yeni inzibati bina istifadəyə verildikdən sonra hazırda Mərkəzi Bankın istifadə etdiyi binalar dövlətə qaytarılacaq".