Bu sənaye məhsulunun istehsalı xeyli azalıb

14:33 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Ötən ilin dekabrında Azərbaycanın mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 198,1 tonu mis filizləri və konsentratlarının payına düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 64,2 ton az olub.

Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən hazır məhsul ehtiyatı 242,6 ton təşkil edib.