14:11 - 19.01.2021
19 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Belə ki, şirkətin kəşfiyyat qrupu Gədəbəydə müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.
Müəllif: Elmir Murad