15:16 - 14.01.2021
14 yanvar, Fineko/abc.az. Koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiyanın başlaması və karantin məhdudiyyətlərinin yumşaldılması Türkiyə iqtisadiyyatının artım tempini sürətləndirəcək.
ABC.AZ-ın məlumatına görə, bu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yeni proqnozunda öz əksini tapıb.
Proqnozda bunun ilin ikinci yarısına yaxın baş verəcəyi qeyd olunub.
"Fitch Ratings" 2021-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını proqnozlaşdırır. Reytinq agentliyində pandemiya ilinin nəticələrinə görə, ÜDM-in artım tempinin təxminən 0,2% olacağını düşünürlər.
Müəllif: Elmir Murad