10:42 - 13.01.2021
13 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 72 milyard 432,2 milyon manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu il illə müqayisədə 4,3% azalma deməkdir.
Hesabat dövründə qeyri-neft ÜDM-i 2,6% azalaraq 50 792,5 mln. manata enib. Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026