10:29 - 13.01.2021
13 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 673,1 milyon manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2019-cu il ilə müqayisədə 1,9% çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 26 milyard 417,1 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 8,2% çoxdur.
Beləliklə, ölkənin dövlət büdcəsinin kəsiri 1 milyard 744 milyon manat və ya ÜDM-in 2,4%-ni təşkil edib.
Müəllif: Elmir Murad
19 Avqust 2026
18 Avqust 2026