On bir ayda sənayedə ən çox istehsal olunan məhsullar – Siyahı

12:16 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 milyard manat təşkil edib.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə sənaye məhsulunun 73,9 faizi mədənçıxarma, 23,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6 faiz təşkil edib.

Müəllif: Elmir Murad