14:28 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. Dünya Bankı bu il Gürcüstan iqtisadiyyatının bərpa olunacağını və ilin sonunda 4% artım nümayiş etdirəcəyini proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə bankın “Global Economic Prospects” adlı hesabatının yanvar sayında bildirilir.
Sənədə əsasən, 2022-ci ildə ölkədə iqtisadi artım 6% təşkil edəcək.
Dünya Bankı 2020-ci ildə isə Gürcüstanda iqtisadi azalmanın 6%-ə bərabər olacağını gözləyir.
Müəllif: Elmir Murad