11:22 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. Bu ildən başlayaraq Azərbaycanda vergi-gömrük güzəştləri azaldılacaq, yeni venrgi təşəbbüslərinə başlanılacaq.
ABC.AZ-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Sözügedən sənəddə qeyd olunub ki, özəlləşdirmə və nağdsız ödənişlər sahəsində ciddi yeniliklər gözlənilir.
Sənəddə deyilir ki, büdcə gəlirlərinin artırılması üçün ölkədə yeni vergi təşəbbüslərinə başlanacaq. Bildirilir ki, bu təşəbbüslər vergi yükünün iqtisadiyyatın ayrı-ayrı sahələri arasında ədalətli bölüşdürülməsinə xidmət edəcək.
"İqtisadiyyatın ayrı-ayrı sahələrində vergi yükünün ədalətli bölüşdürülməsi və ahəngdarlığının təmin edilməsi məqsədilə yeni vergi təşəbbüsləri müəyyən ediləcək" - deyə bildirilir.
18 Avqust 2026