Bu il Azərbaycanda ÜDM 1,9 faiz artacaq - Proqnoz

10:34 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı  proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını proqnozlaşdırmışdı.

Hesabatda bu il 1,9 faiz, 2022-ci ildə isə ÜDM-nin 4,5% artacağını gözləyir.

Hesabatda qeyd olunur ki, neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir.

Müəllif: Elmir Murad