10:35 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu 2021-ci ildə sahibkarlara ənənəvi güzəştli kreditləri ilə yanaşı, digər kredit məhsulları və yeni xidmətlər də təqdim edəcək.
ABC.AZ-ın məlumatına görə, bunu Sahibkarlığın İnkişafı Fondunun rəhbəri Samir Hümbətov bildirib.
O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu özünün yeni strategiyasını hazırlayıb. Strategiyaya uyğun olaraq fond bazara yeni məhsullar çıxaracaq: "Faktorinq, ticarətin maliyyələşdirilməsi, dövriyyə kapitalının artırılması, zəmanətli kreditlərin verilməsi kimi yeni proqramlar olacaq. Bunların hazırlanmasında və bazara təklif olunmasında sahibkarların fikirlərini dəqqətə almışıq”.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026