10:51 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Təqdim edilmiş büdcə layihəsinə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3.8%, o cümlədən əsaslı xərclərin 7.9% artırılacağı proqnozlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, bu Mərkəzi Bankın proqnoz tipli yaydığı məlumatda açıqlanıb.
Sözügedən məlumatda qeyd olunub ki, növbəti ildə "fiskal fəza”dan kontr-tsiklik olaraq istifadə olunması makroiqtisadi sabitliyin qorunması baxımından da əhəmiyyətlidir.
Ortamüddətli dövrə isə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla yeni makrofiskal çərçivəyə keçid diqqətdə saxlanılmalıdır. Bundan başqa, dövlət büdcəsi kəsirinin mümkün qədər azaldılması və onun dayanıqlı qeyri-inflyasyon mənbələrlə maliyyələşdirilməsi fiskal prioritetlərdən olmalıdır.
2021-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaq.
18 Avqust 2026
17 Avqust 2026