14:34 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə büdcə müzakirələri keçirilib.
ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı bir sıra vacib məqamlara toxunulub.
Maliyyə naziri Samir Şərifov xarici borclanma məsələsinə aydınlıq gətirib.
“Biz xarici borclanmaya ona görə gedirik ki, ölkədə iqtisadi aktivliyə təkan verək. Xarici borclanmaya getməmək üçün bir yol vergilərin artırılmasıdır. Vergilərin artırılması isə sui-qəsd olar. Ona görə də biz borclanmaya gedirik. Bu amil dünya ölkələrinin təcrübəsində də mövcuddur” deyə nazir qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026