12:07 - 17.12.2020
17 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondu Ermənistan iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, BVF Ermənistanın məcmu beynəlxalq ehtiyatlarının 21% azalacağını, bu il 2,251 mlrd. dollara enəcəyini proqnozlaşdırıb.
"Ölkəyə birbaşa xalis xarici investisiyaların həcmi isə 2 dəfədən çox azalaraq cəmi 178 mln. dollara təşkil edəcək. Fondun proqnozlarına görə, bu il ölkənin ixracı 33,5%, idxalı isə 28,1% azalacaq" deyə BVF-dən bildirilib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026