16:21 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Müstəqillik əldə edildikdən sonra Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına bu günədək 3,6 milyard ABŞ dollarından artıq investisiya qoyulub.
ABC.AZ-ın məlumatına görə, Gürcüstanın ən böyük vergi ödəyicisi olan SOCAR bu ölkədə orta məktəblər, uşaq bağçaları, idman zallarının və digər sosial obyektlərin təmir-tikintisini həyata keçirib, eləcə də həmin şirkət tərəfindən “1+4” proqramı ilə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan 3 minədək soydaşımızın təhsil haqları ödənilib.
Gürcüstan universitetlərini uğurla bitirmiş 800-dən çox soydaşımız son illər ərzində müxtəlif dövlət və hökumət strukturlarında, özəl şirkətlərdə işlə təmin olunub.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026