Avropa İttifaqı bu ölkəyə yenə qrant ayırdı – Böyük məbləğ

11:41 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Avropa İttifaqı koronavirus pandemiyasının Gürcüstanda yaratdığı böhranın aradan qaldırılması üçün bu ölkəyə 60 milyon avro qrant ayırıb.

ABC.AZ xəbər verir ki, bu sözügedən yardımın mumi məbləği 75 milyon avro olan qrant üzrə I tranşdır.

"Məqsəd böhran əleyhinə iqtisadi planın reallaşdırılmasına kömək etməkdir. Plana pandemiyanın səbəb olduğu mənfi nəticələrin azaldılması, iş yerlərinin saxlanılması, biznesin dəstəklənməsi və səhiyyə sisteminin gücləndirilməsi daxildir" deyə Aİ-dan bildirilib.