16:41 - 16.02.2018
16 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yekunları üzrə ölkədə qiymətli kağızlar bazarının artımını bildirir.
Palatadan verilən məlumata əsasən, keçən il qiymətli kağızlar bazarı 12% artaraq 15,7 milyard manat təşkil edib.
“Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artmışdır”, - məlumatda belə deyilir.