16:11 - 26.11.2020
26 noyabr, Fineko/abc.az. Azərbaycan və Macarıstan işğaldan azad edilən ərazilərə xarici investorların cəlb olunmasını müzakirə edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ABC.AZ-a bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi arasında onlayn görüş keçirilib. Görüşdə səfir ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, qarşılıqlı ixrac və investisiyaların artırılması və işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026