16:25 - 24.11.2020
24 noyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan hökumətinə 10 mln. avro məbləğində kredit ayırıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən vəsaitlə Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturu modernləşdiriləcək.
Əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi – Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasıdır. Hazırda layihə konsepsiya yoxlamasından keçib və yekun yoxlamanı gözləyir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026