12:25 - 23.11.2020
23 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə Bakı şəhəri üzrə 0,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası üzrə 0,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 0,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,7 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,8 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 4,2 faiz, Lənkəran iqtisadi rayonu üzrə 4,6 faiz, Aran iqtisadi rayonu üzrə 5 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 14,3 faiz azalıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026