Azad olunan ərazilərimizdə yenidənqurma işlərinin aparılması prioritet kimi qəbul edilib - Samir Şərifov

12:12 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib.

ABC.AZ Reporta istibadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq” deyə nazir vurğulayıb.