Əhalinin ticarət dövriyyəsi artıb - Bir ayda adambaşına 317,4 manat xərclənib

11:05 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq, o cümlədən 17 milyard 34,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 milyard 628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalıb. Hesabata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub.

 

Müəllif: Elmir Murad