On ayda istehsalı artan sənaye məhsulları – Siyahı

15:43 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manat dəyərində məhsul istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin  hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 33,7%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,9%, toxuculuq sənayesində isə 6,1% artım müşahidə olunub.

Müəllif: Elmir Murad