10 ayda əsas kapitala yönəldilmiş sərmayədən bu qədəri tikintiyə sərf olunub – Hesabat

16:05 - 16.11.2020


16 noyabr, Fineko/abc.az.  Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsaitin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə əsas kapitala yönəldilmiş vəsaitlərdən 7 milyard 281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub.

Bu dövrdə əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 faiz, büdcə vəsaitləri 24,1 faiz, bank kreditləri 6,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, digər vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 faiz təşkil edib.

Müəllif: Elmir Murad