15:13 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi bu Dövlət Statistika Komitəsi bu ilin 10 ayı ərzində ÜDM istehsalı barədə göstəriciləri açıqlayıb.
ABC.AZ xəbər verir ki, yanvar-oktyabr aylarında ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Bəhs olunan dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 5861,6 manata bərabər olub.
Müəllif: Elmir Murad
18 Avqust 2026