16:38 - 10.11.2020
10 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, biz Şuşanı dirçəldəcəyik. Digər işğaldan azad olunan ərazilərimiz kimi, Şuşanın da Azərbaycanın tərkibində sürətli inkişafı gözlənilir. Mərhələlərlə, işğaldan azad olunan ərazilərimizdə kommunikasiyalar bərpa olunacaq, yaşayış və iqtisadiyyat canlandırılacaq.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O qeyd edib ki, Şuşanın işğaldan azad edilməsi Azərbaycan dövlətinin, cəmiyyətinin və iqtisadiyyatının intibah dövrünə qədəm qoyması deməkdir. "Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad olunduqca, bərpa olunan tarixi ədalət inkişafımıza əlavə stimul verir, cəmiyyətdə inamı və özgüvəni artırır. İnam və özgüvən isə hər bir inkişafın əsasında dayanır”, - deyə V.Qasımlı vurğulayıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026