16:14 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi muzdlu işçilərin əmək haqqlarının müəyyən hissəsinin ödənişi ilə bağlı məlumat yayıb.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb.
İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb. Proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026