11:21 - 3.11.2020
3 noyabr, Fineko/abc.az. Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya) oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 11,89% artıb.
ABC.AZ-ın Türkiyə Statistik Komitəsinə istinadən məlumatına görə, indeks oktyabrda sentyabrla müqayisədə 2,13% artıb.
Qeyd edək ki, iqtisadçıların proqnozu istehlakçı qiymətlərinin oktyabrda illik 11,90%, aylıq 2,1% artacağı istiqamətində idi.
Bununla yanaşı Türkiyə Mərkəzi Bankının il sonuna inflyasiya proqnozu 12,1%-dir.
Müəllif: Elmir Murad
18 Avqust 2026