17:44 - 8.02.2018
8 fevral, Fineko/abc.az. Fevralın 13-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın məlumatında deyilir ki, emissiyanın həcmi 30 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək.
“İstiqrazların tədavül müddəti 728 gün, faiz gəliri 11% təşkil edəcək. Anderrayter qismində “Paşa Kapital” İŞ QSC çıxış edəcək”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026