İqtisadi potensialımızı 2 dəfə artırmaq tapşırılıb – Elman Rüstəmov

11:43 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb.

ABC.AZ xəbər verir ki, bunu AZTV-yə qonaq olarkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub: "Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da, olduqca böyük masştablı proqramdır. Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək".