Doqquz ayda istehsalı artan tütün məhsulları – Siyahı

12:30 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsal olunan siqaretlərin miqdarı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 9 ay ərzində ölkədə 5 764,6 mln. ədəd papiros və siqaret və 3 513,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.

Hesabat dövründə ölkədə 296,6 mln. manatlıq tütün məmulatları istehsal olunub ki, bu da illik ifadədə 13,5% çoxdur.

Yanvar-sentyabrda kənd təsərrüfatı sektoru çərçivəsində 4 717 ton tütün istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.