Doqquz ayda Azərbaycanda istehsalı azalan və artan məhsullar - Siyahı

12:23 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 74,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 59,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 39,7 faiz,  kağız və karton istehsalı 30,4 faiz azalıb.

ABC.AZ-ın məlumatına görə, azalma tək bu mallarda qeydə alınmayıb.

Geyim istehsalı 29,2 faiz, maşın və avadanlıqların istehsalı 28,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5 faiz, tikinti materiallarının istehsalı 25,9 faiz, poliqrafiya məhsullarının istehsalı 24,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,4 faiz, tütün məmulatlarının istehsalı 13,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 5,1 faiz artmış, qida məhsullarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 2,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 5,5 faiz, elektrik avadanlıqlarının istehsalı 9,6 faiz, içkilərin istehsalı 9,8 faiz, mebel istehsalı 26,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri də 41,8 faiz geriləyib. Təkcə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 faiz azalma olub.

Müəllif: Elmir Murad